15 Yanvar 2017 13:59
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyada anomal soyuqlar 6 nəfərin ölümünə səbəb olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin radio və televiziya şirkəti "RTC" xəbər verib.

Məlumatda bildirilir ki, ölkənin cənubundakı Medvedje bələdiyyəsinin Retkoçer kəndinin sakini, 49 yaşlı Mitar Lyubisavleviçin donmuş cəsədi tapılıb. Onun meyitini yerli sosial-müdafiə mərkəzinin əməkdaşları aşkarlayıb.

Medvedje bələdiyyəsinin rəhbəri Neboyş Arsic bildirib ki, ölmüş şəxsin bir neçə gündür evində olmadığını bildirib.

Ölkənin Daxili İşlər Nazirliyi isə 150 sakinin kəskin soyuqların olduğu ərazidə xilas edildiyini və təxliyyə olunduğunu xəbər verib.


Müəllif:

Oxşar xəbərlər