Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın mümkün görüşü haqda, hələ ki, danışıqlar aparılmır.
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
Xatırladaq ki, daha öncə “Sandey Tayms” nəşri Putinlə Trampın yaxın gələcəkdə Reykyavikdə görüşəcəyi iddiası ilə çıxış etmişdi.