17 Yanvar 2017 12:42
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstanbul polisi "Reina" terrorunu törədən cinayətkarı saxlayıb. Hazırda dindirilmə prosesi gedir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Binali Yıldırım deyib:

"Dindirilmə prosesi davam etdiyi üçün bir çox məsələləri açıqlaya bilməyəcəm. Terrorçunun saxlanılması hücumun arxasında olan şəxslərin kimliyinin müəyyənləşməsinə imkan verəcək. Bu, bizim üçün çox vacibdir".

Qeyd edək ki, yanvarın 1-i törədilən terror hücumunda 39 nəfər həlak olmuş, 69 nəfər yaralanmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər