20 Yanvar 2017 22:10
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri Qırğızıstanın "Manas" hava limanının yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin "qara qutu"larını açmağa başlayıblar.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb. Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.
\Trend.az\


Müəllif:

Oxşar xəbərlər