24 Yanvar 2017 20:53
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi. Həmin il noyabrın 9-da Türkiyə bu müstəqilliyi tanıyan və diplomatik əlaqə quran ilk ölkə oldu. Ancaq 25 il bir xalqın həyatında çox az zamandır".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini qazanmamışdan əvvəl Türkiyədə "dəmir pərdə" arxasında qardaşlarının olduğunu bilirdilər: "Onların yaşadığı yer əslində Dədə Qorqudun hekayələrində olan Qafqaz dağlarının arxasındakı Azərbaycan idi. Bir gün qardaşlarımız ilə qucaqlaşacağımızı, onlarla görüşəcəyimizi xəyal edərdik. O zaman Türkiyədə demək olar hər ailənin evində Bakı radiosu dinlənilirdi. 1980-ci ilin sonuna yaxın Sovet İttifaqında baş verən hadisələr Qərb ölkərində çox yaxından izlənilirdi. Lakin Türkiyədə başqa cür izlənilirdi. Çünki bilirdik ki, qardaşlarımız arasında olan "dəmir pərdə" sona qədər bağlı qalmayacaq. Nəhayət, zamanla Bakıya gediş-gəliş başladı. İlk olaraq Bakıda Türkiyənin Baş Konsulluğunu açdıq. Halbuki illər öncə bunun olacağı heç ağla belə gəlməzdi. Biz də bu illərdə bir-birimizə qovuşmağım sevincini və həyəcanını ən gözəl hisslərlə yaşadıq."

E.Özoral vurğulayıb ki, Türkiyə üçün ən əsas məqsəd Azərbaycanın kimsədən asılı olmadan daha da inkişaf etmək, öz varlığı ilə təkbaşına ayaqda durmasına kömək etməkdir: "Bu, qardaşlığımızın ən güclü şəkildə davam etməsi üçün vacibdir. Çünki biz bilirik ki, Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla güclüdür. İki qardaş ölkə olaraq bir-birimizə qovuşmuşuq və bunun pozulması üçün kimsəyə fürsət verməyəcəyik. Biz ətlə dırnaq kimiyik. Qardaşlığımız sona qədər davam edəcək, gün keçdikcə daha da güclənəcək".


Müəllif:

Oxşar xəbərlər