25 Yanvar 2017 15:22
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda əhalinin pulsuz istifadə etdiyi suya limit qoyulacaq.

Teleqraf.com-un xəbərinə görə, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkmənistanda mövcud olan "Su haqqında" kodeks çərçivəsində 2017-ci ildə əhaliyə pulsuz verilən suya limit qoymaq nəzərdə tutulur. Limitin həcmi hələlik açıqlanmır.

Ölkədə su istifadəçilərinə ilk dəfə limit 2015-ci ildə tətbiq edilib. Adambaşına su həcmi sutkalıq 250 litr müəyyənləşdirilib.

Ötən əsrin 90-cı illərindən yaxın zamanlara qədər Türkmənistanda qaz və işıqla yanaşı, əhalinin su təminatı da dövlət hesabına olub.

MAHİR


Müəllif:

Oxşar xəbərlər