ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyada səsləndirdiyi fikirlərin daha birini yerinə yetirib.
Teleqraf.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, o, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizə üçün Meksika ilə sərhəddə divarın tikintisi ilə bağlı fərman imzalayıb.
Fərmana görə, divarın tikintisi 180 gün müddətində başa çatmalıdır. Tramp bildirib ki, bu məsələni yaxın vaxtlarda Meksika hökuməti ilə müzakirə etmək niyyətindədir: "Ancaq mən bu danışıqların nəticələrini gözləməyəcəm və divarın tikintisi üçün məbləği ABŞ ödəyəcək. İnanıram ki, Meksiya hökuməti də bizə bu layihənin icrasında yaxından kömək göstərəcək".
Bundan başqa, Tramp Vaşinqton hökumətinə Suriyada təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutan layihənin hazırlanmasını tapşırmaq niyyətindədir: "Mən Suriyada insanlar üçün təhlükəsizlik zonaları yaradacam. Düşünürəm ki, Avropa milyonlarla insanın Almaniya və digıər ölkələrə keçməsinə icazə verməklə böyük səhv edib. İstəmirəm ki, oradakı faciələr bizim ölkəmizdə də yaşansın".
Tramp ABC telekanalına müsahibəsində İŞİD-in yaranmasının səbəblərindən danışıb. O bildirib ki, əgər ABŞ bölgədəki neft zonalarını nəzarətdə saxlasaydı, İŞİD-in yaranmasının qarşısını almaq olardı: "İŞİD terrorçuları neftdən gələn pullarla güclənib və bu səviyyəyə gəlib çatıb".
Samir