Küveyt şadzadəsi Faysal Abdullah əl Cabir əl Sabah edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, 2010-cu ildə qohumunu öldürməkdə ittiham olunub və barəsində edam cəzası çıxarılıb.
Edam zamanı şahzadənin boynu vurulub. Onunla birgə daha 6 nəfər də edam edilib. Onlar arasında diqqət çəkən həyat yoldaşının ikinci evliliyi zamanı toy mərasimi keçirilən zala od vuran qadın olub. Qadının bu hərəkəti nəticəsində 40 nəfər həlak olub.
Qeyd edək ki, bu, 2010-cu ildən bəri həyata keçirilən ilk edam faktıdır.
Elvin