Almaniya Federativ Respublikasının (AFR) prezidenti Yoahim Qauk Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, onun səlahiyyətlərinin icrası Sosial-Demokrat Partiyasının sədri və sabiq iqtisadiyyat naziri Ziqmar Qabrielə tapşırılıb. Mərasim AFR prezidentinin “Belvyu” iqamətgahında, bağlı qapılar arxasında baş tutub.
Y.Qauk əvvəlcə AFR Konstitusiyasının 64-cü maddəsinə uyğun olaraq Ştaynmayeri xarici işlər, Z.Qabrieli isə iqtisadiyyat naziri vəzifəsindən azad edib. Prezident Ştaynmayerə XİN başçısı olarkən göstərdiyi fəaliyyətə görə təşəkkür edib.
Mərasimdə federal kansler Angela Merkel də iştirak edib. O, Z.Qabrieli yeni təyinatı münasibətilə təbrik edib.
Prezident, həmçinin ədliyyə naziri Briqitt Siprisi vəzifəsindən azad edib. O, Z.Qabrielin yerinə iqtisadiyyat naziri təyin olunub.
Qeyd edək ki, Frank Valter Ştaynmayer xarici işlər naziri postunu 2013-cü ildən tuturdu. O, bu il Almaniyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Səxavət