31 Yanvar 2017 10:05
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp cümə günü imzaladığı miqrasiya fərmanına qarşı çıxan ədliyyə naziri Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb.

Teleqraf.com "Haber 7"yə istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Bildirilib ki, onun yerinə Virginiyanın Şərq bölgəsinin prokuroru Dana Boente təyin edilib: "Yeytsi vətəndaşları qorumağa yönələn fərmana qarşı çıxaraq, Ədliyyə Nazirliyinə xəyanət edib".

Qeyd edək ki, həmin fərman 7 müsəlman ölkəsindən mühacirəti 90 günlük müddətə dayandırıb. Prezident sərəncamı həmin ölkələrin terrora rəvac verməsi ilə əlaqələndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər