31 Yanvar 2017 13:01
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Maliyyə Nazirliyi ölkənin milli valyutası – rublun hazırkı kursunun yüksək olduğunu düşünür və onun 10 faizlik devalvasiya olunmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yanvarın 31-də “Kommersant” qəzeti məlumat yayıb. Bildirilir ki, nazirlik suveren fondlardan, neft-qaz gəlirlərindən və “qara qızıl”ın il ərzində gözlənilən qiymətindən büdcəyə daxilolmaları konvertasiya etdikdən sonra rublun devalvasiya olunmasının zəruriliyini əsaslandırıb.

“Neftin barelinin 40 dollara yaxın olması halında rublun orta illik kursu dollara qarşı 69,42 rubl olmalıdır. Federal büdcənin kəsiri ümumi daxili məhsulun 3,1 faizini təşkil edəcək, ehtiyat fondlardan 1,8 trilyon rubl transfer olunacaq”, – “Kommersant” yazır.

Rusiya Maliyyə Nazirliyi hesab edir ki, büdcəyə düzəlişlər etmədən və rublun devalvasiyasına getmədən federal büdcəni balanslaşdırmaq yalnız neftin qiymətinin 76 dollara yaxın və ondan yüksək olması halında mümkündür. Nazirlik həmçinin, hesab edir ki, rublun idarəolunan şərtlərlə devalvasiyası neftin qiymətinin 61 dollara yaxın olması halında büdcəni tamamilə balanslaşdıracaq.

Qeyd edək ki, neftin ixracından gələn gəlirlər Rusiya federal büdcəsinin 2017-ci ildə 37 faizə yaxınını təşkil edəcək. Federal büdcədə neftin bir barelinin qiyməti 40 dollardan götürülüb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər