1 Fevral 2017 18:25
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın yeni ballistik raketi sınaqdan keçirməsindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İranın bu raketi sınaqdan keçirilməsinin qəbuledilməz və beynəlxalq qanunlara zidd olduğunu deyib:

“Biz İranın yanvarın 29-da ortamənzilli ballistik raket sınaqdan keçirdiyi barədə yayılan məlumatları təsdiqləyirik. Lakin onun bu addımı qəbuledilməzdir. İranlılar bilir ki, nüvə başlığı daşımaq gücünə malik hər hansı bir ballistik raketi sınaqdan keçirməməlidirlər. Lakin İranın ötən bazar günü sınaqdan keçirdiyi raket 500 kiloqramlıq nüvə başlığı daşımağa və 300 kilometrlik bir məsafəni qət etməyə qadir olub.

Biz rəsmi Tehranı başa salmağa çalışırıq ki, onların bu addımını qəbul etməyəcəyik. Həmçinin, İran rəsmilərinin bu raket sınağının guya müdafiə xarakteri daşıdığı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olmadığı barədəki iddialarını rədd edirik”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının yanvarın 31-də keçirdiyi qapalı və növbədənkənar iclasında İranın yeni ballistik raket sınaqdan keçirməsi məsələsi müzakirə edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər