1 Fevral 2017 19:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İordan çayının qərb sahillərində 3 min yaşayış evinin tikintisinə başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsrail Baş naziri Binyamin Netanyahu Twitter hesabında məlumat yerləşdirilib:

"Mən müdafiə nazirinin İudey və Samaridə 3 min ev tikintisi ilə bağlı təklifini dəstəklədim".

Netanyahu həmçinin, Şərqi Qüdsdə evlərin tikintisinin qadağan olunması barədə qərarı ləğv edib: "Daha yəhudi məhəllərində binaların tikintisi üçün icazə almaq lazım deyil. Biz nə qədər istəsək, o qədər ev tikəcəyik".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən ilin dekabrın 23-də İsrailin Fələstinin işğal olunmuş torpaqlarında yaşayış evləri tikməsinin dayandırılması barədə qətnamə qəbul edib. İsrail bu tələbi rədd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər