3 Fevral 2017 09:49
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Montreal şəhərindəki məscidə son həftə ərzində 3-cü dəfə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər məscidi daşlayıblar.

Məlumatlara görə, bir neçə gün öncə sprey boya ilə girişinə və şüşələrinə yazı yazılan məscidə yumurta ilə də hücum edilmişdi.

Qeyd edək ki, hadisə baş verən günü məsciddə Quebec şəhərində ötən bazar günü baş verən terror hücumunda həyatını itirən 6 müsəlmandan 3-nün dəfn mərasimi keçirilirmiş.

Samir


Müəllif:

Oxşar xəbərlər