NATO hərbçiləri İŞİD terror təşkilatı ilə mübarizə üçün İraqda iştirakını gücləndirəcək.
"Report" xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə müsahibəsində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, alyans missiyasının iştirakçıları İraq hərbçilərinin hazırlanmasını davam etdirəcək. Stoltenberq qeyd edib ki, NATO-nun yardımı öz hərbçilərini ora yerləşdirməkdən daha əhəmiyyətli olacaq.