"Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti Əl Baba daxil olur, lakin Rakkanın İŞİD-dən təmizlənməsi əsəs hədəfimiz olaraq, qalır".
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu bü gün Behreynə yola düşməzdən əvvəl Türkiyə prezidenti Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"İndi Al-Bab bizim qoşunlar və Suriya azadlıq ordusu tərəfindən mühasirəyə alınıb. Bizim hərbçilər və Suriya azadlıq ordusu şəhərin mərkəzinə daxil olur, İŞİD isə şəhəri tərk edir. Lakin biz dayanmaq fikrində deyilik. Bizim son məqsədimiz Rakkanın İŞİD-dən təmizlənməsidir. Bu şəhər İŞİD-in qalasıdır", - Ərdoğan deyib.
Nihad