BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınağı ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəyanatda deyilir:
“Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub. BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”.
Qeyd edәk ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi bazar günü balistik raket sınağının uğurla həyata keçirildiyini bildirmişdi.
BMT Təhlükəsizlik Şurası 2006-ci ildən etibarәn Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir.
Samir