Rusiya baş nazirinin hərbi məsələlər üzrə müavini Dmitri Roqozinin İrana səfəri baş tutmayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya hökumətindəki etibarlı mənbə açıqlama verib.
Onun sözlərinə görə, buna texniki məsələlər səbəb olub: "Roqozinin və digər rusiyalı nümayəndələrin olduğu təyyarə dünən axşam Tehrana yola düşməli idi. Ancaq bu, baş vermədi. Məlum oldu ki, baş nazirin müavini texniki səbəblərdən səfəri təxirə salıb".
Mənbə texniki səbəblərlə bağlı təfərrüatı açıqlamayıb.
Samir