15 Fevral 2017 11:02
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın Malaziyada öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Nam 2012-ci ildə qardaşından əfv olunmasını istəyib:

"Mən istəyirəm ki, mənim və ailəmin cəzası ləğv edilsin. Bizim getməyə yerimiz yoxdu. Bundan qaçmaq üçün yeganə yol intihar etməkdir".

Ancaq Kim Çen In qardaşının bu istəyini ürəyində qoyub.

ABŞ kəşfiyyatı da Kim Çen Namın ölümü ilə bağlı iddialar irəli sürüb. Məlumatda bildirilib ki, Nam qardaşı tərəfindən tutulmuş muzdlu qatillər tərəfindən öldürülüb. Muzdlu qatillər isə 2 gənc qadın olub.

Yaponiyalı mütəxəssislər isə hücum edənlərin öldürüldüyünü bildirib. Onların fikrincə, cinayətkarlar Kim Çen Namı zəhərli yaylıqla öldürüblər. Hadisə baş verən zaman Nam və yaxınları ilə hücumçular arasında insident yaşanıb və ona hücum edən qadınlar öldürülüb. Məlumatda qeyd edilir ki, Namın ailəsi Çin hökuməti tərəfindən mühafizə olunur.

Samir


Müəllif: