15 Fevral 2017 17:30
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ kəşfiyyatı qanunsuz əməllərlə məşğuldur"

"ABŞ-ın hazırkı administrasiyasının rus kəşfiyyatı ilə əlaqəsi barədə xəbərlərin dövriyyəyə buraxılması seçkilərdə uduzan Hillari Klintonun səhvlərini ötr-basdır etmək niyyəti daşıyır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Twitter hesabında yazıb.

Tramp ABŞ kəşfiyyatını qanunsuz əməllərdə ittiham edib: "İnformasiyalar qanunsuz olaraq New York Times və Washington Post qəzetlərinə ötürülür".

Qeyd edək ki, adları açıqlanmayan amerikalı məmurlara istinadla məlumat yayan "New York Times" qəzeti 2016-cı ildə Tramp komandasının seçkilərə qədər rus kəşfiyyatı ilə sıx telefon əlaqələri saxladığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər