22 Fevral 2017 00:12
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Yunanıstan arasında mübahisə mövzusu olan Kardak qayalıqları ətrafında yenidən gərgin anlar yaşanıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu dəfə yunan və türk gəmiləri qayalıqlar ətrafında üz-üzə gəlib.

Belə ki, yerli vaxtla 18:30 radələrində yunan gəmisi Kardak qayalığına yaxınlaşıb.

Bu an türk gəmisi yunan tərəfinin önünü kəsib.

Bir müddət eyni vəziyyətdə qalan gəmiləri Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin kateri ayırıb. Bundan sonra türk gəmisi Bodrum istiqamətinə, qarşı tərəfin gəmisi isə Yunanıstan sularına qayıdıb.


Müəllif:

Oxşar xəbərlər