Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr Almaniyanın məşhur “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Suriyanın İŞİD terrorçu qruplaşmasından azad edilmiş bölgələrindən və İranın bu ölkədə nüfuzunu artırmaq cəhdindən danışıb.
Teleqraf.com-un məlumatına görə, o, Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı mübarizədə Suriyaya hərbi qüvvə göndərməyə hazır oduğunu deyib:
“İŞİD-dən azad olunmuş bölgələrin İranın, Bəşər Əsəd qüvvələri və Livan “Hizbullah”ının nəzarətinə keçməsinin qarşısını almaq vacibdir”.
Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin bildirib ki, bu ölkənin hərbi qüvvələri Suriyada İŞİD-ə qarşı mübarizə aparan və Raqqa şəhərinə doğru irəliləyən Amerika qüvvələri ilə quru əməliyyatlarında iştirak etməyə hazırdır.
Samir