Türkiyə və Ukrayna arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş Ukrayna baş nazirinin Ankaraya səfəri zamanı imzalanacaq.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, ukraynalılar Türkiyəyə ümumvətəndaş pasportu ilə gələ biləcəklər.