Suriya ordusu və könüllü dəstələr Hələbin şərqində 15 yaşayış məntəqəsini İŞİD terror qruplaşmasından azad ediblər.
“Report” xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri Komandanlığı nümayəndəsinin bəyanatına istinadən SANA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, həmçinin Cəbəl-Səlim strateji yüksəkliyi ələ keçirilib. Əməliyyat zamanı ümumilikdə 500 kv. km. ərazi terrorçulardan təmizlənib. Ordu düşməni təqib edərək onu ciddi itkilərə məruz qoyur.