1 Mart 2017 15:43
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Ağdaş sakininə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakini 1985-ci il təvəllüdlü Tacirə Məlikova həbs edilib.

Tacirə Məlikovanın Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının Urfa şəhərinə aparıb və orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlum olub ki, Tacirə Məlikova 5 qadını Türkiyə aparıb. O, qadınları Türkiyəyə aparandan sonra orada kişi müştərilərlə görüşmələrinə məcbur edib. bildirilir ki, Tacirə Məlikova apardığı qadınlara kişi müştərilərini özü tapıb.

Faktla bağlı araşdırma davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər