10 Mart 2017 09:30
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyaya üzv ölkələrin iclası keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ dövlət departamentinin sözçüsü Mark Toner məlumat verib.

Onun sözlərinə görə, 22-23 mart tarixlərində baş tutacaq toplantıda 68 ölkə iştirak edəcək: “İclas ABŞ Dövlət katibi Reks Tillersonun sədrliyilə keçiriləcək. Rusiya bu toplantıda iştirak etməyəcək. Çünki Rusiya beynəlxalq koalisiyanın üzvü deyil”

Qeyd edək ki, İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın xarici işlər nazirlərinin son konfransları 2016-cı ilin iyulunda Vaşinqtonda və noyabrın 17-də Berlində reallaşmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər