10 Mart 2017 14:37
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvaya səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşündə İranın bölgədə yaymaq istədiyi dini ekstremizmdən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu radikal islamın bütün dünya üçün təhlükə törətdiyini deyib:

“İran İsraili məhv etmək cəhdindən əl çəkməlidir. Farslar 2500 il bundan əvvəl də yəhudiləri məhvə etməyə cəhd göstərdi. Lakin onun bu cəhdi uğursuz qaldı. Biz isə Purim bayramını qeyd etməklə bu olayın yaddaşlardan silinməsinə icazə vermirik. Təəssüflər olsun ki, yəhudilərin ölkəsini məhv etmək üçün göstərilən cəhdlər Persiyanın varisi olan İranda bu gün də davam edir. İran rəsmiləri açıq şəkildə bu niyyətlərini dilə gətirir, nə qədər qəribə görsənsə də, bu istəklərini buraxdıqları ballistik raketlərin üzərində də yazırlar.

Mən bildirirəm ki, bu gün İsrailin bir ölkə olaraq varlığı reallıqdır. Onun güclü ordusu var. Biz isə özümüzü müdafiə etməyi bacarırıq. Bir daha qeyd edirəm ki, İranın dəstəklədiyi dini ekstremizmbu gün İsraildən başqa bölgəni və dünyanı da təhdid edir. Bunun isə qarşısı alınmalıdır”.

Samir


Müəllif:

Oxşar xəbərlər