“Səndən güclüyəm. Mən insanlara gücüm çatan qədər arxa dururam. Sən insanların arxasında gizlənirsən. Mən zərbəni özümə götürürəm. Sən zərbəni insanlara vurdurursan. Mən yalnız öz adımdan danışıram və həm də cəsarətlə. Sən isə cahil adamları danışdırırsan. Mən öz profilimdən danışıram, sən isə trollar vasitəsilə”.
Teleqraf.com xəbər verir ki, bunu Feysbuk səhifəsində Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb.
Hüquq müdafiəçisi bununla ona düşmən olan, amma kölgədə gizlənən şəxsə mesaj göndərib. Böyük ehtimalla onun mesaj ünvanladığı şəxs QHT təmsilçisidir.
Qeyd edək ki, bir müddət əvvəl hüquq müdafiəçisi Mirvari Qəhrəmçanlı ilə bağlı social şəbəkələrdə tənqidi fikirlər səslənib.
Cavad