16 Mart 2017 17:52
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Türkiyə-Avropa arasında son dövrlər yaranan gərgin durumdan narahat olmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Avropa Komissiyasının rəsmisi Margaritis Şinas Türkiyə ilə imzalanan qaçqınlarla bağlı razılaşmaya rəsmi Ankaranın sadiq qalacağına ümid etdiyini dilə gətirib.

M. Şinas Avropa Birliyinin bu anlaşmaya sadiq qaldığını ifadə edərək, qarşı tərəfdən də eyni hərəkət gözlədiyini söyləyib. Onun fikrincə, anlaşmaya imza atan hər iki tərəf üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir: “Bu ortaq etibara söykənən bir razılaşmadır və hər iki tərəfin də bu razılaşmaya riayət etməsini gözləyirik”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdi ki, Ankara Avropa Birliyi ilə imzalanan qaçqınlarla bağlı razılaşmanı ləğv edə bilər.

Cavad


Müəllif:

Oxşar xəbərlər