18 Mart 2017 16:23
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etna vulkanının püskürməsi səbəbindən Siciliyanın ikinci ən böyük şəhəri olan Kataniyanın aeroportu bağlanılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, hazırda texnika uçuş-eniş zolağını vulkan külündən təmizləsə də, vəziyyət kirtik olaraq qalır.

Kataniyaya gələn təyyarələrin bir hissəsi şəhərdən 100 kilometr məsafədə yerləşən Komizo hava limanına yönləndirilir.

Etna fevralın 28-də oyanıb. Son günlər vulkanik maddələrin püskürməsi nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Müəllif:

Oxşar xəbərlər