25 Mart 2017 10:47
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan məhkəməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan haqqında qərar çıxarıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, məhkəmə Babayan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Bununla bağlı sabiq "müdafiə naziri"nin vəkili Avetis Kalaşyan məlumat verib.

O əlavə edib ki, Babayan özünü təqsirli bilmir.

Qeyd edək ki, sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar martın 22-də saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər