İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərinin terrorçulardan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlara fasilə verilib.
Teleqraf.com Modern.az-a istinadən verdiyi məlumata görə, İraq ordusu əməliyyatlar çərçivəsində həlak olan mülki vətəndaşların sayı artdığından bu qərara gəlib.
Qeyd edək ki, Mosul şəhəri iki ilə yaxındır ki, İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi uğrunda əməliyyat 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatlarda İraq hərbi qüvvələri ilə birlikdə kürd birləşmələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya da iştirak edir.