27 Mart 2017 10:17
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri YPG ilə birlikdə İŞİD-in "paytaxt"ı sayılan Rakka yaxınlığındakı hərbi bazaya hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində terrorçular ən strateji mövqe sayılan Tabka hərbi hava bazasında nəzarəti itiriblər.

Beynəlxalq koalisiya qüvvələrinin komandanlığından verilən məlumata görə, Suriyanın ən böyük su anbarı sayılan Tabka Su Elektrik Stansiyası da nəzarətə götürülüb. Anbarın istifadəyə yararlı olduğu açıqlanıb.

Bildirilib ki, döyüşlər zamanı aralarında İŞİD-in alman komandirinin də olduğu çox sayda terrorçu öldürülüb və əsir götürülüb.

Qeyd edək ki, Tabka hərbi hava bazası 2014-cü ildən İŞİD terrorçularının nəzarətində olub.

Samir


Müəllif:

Oxşar xəbərlər