30 Mart 2017 12:13
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tillersonun təyyarəsi gecə saatlarında Ankara hava limanına eniş edib.

Tillerson səfər proqramına uyğun olaraq, ilk görüşünü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla etməli idi. Ancaq, dövlət katibi gözlənilmədən Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

Bu gün isə Tillersonun Ərdoğan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılıb. Görüşlər zamanı PKK terror təşkilatının Suriyadakı qolu YPG-yə Rakkada verilən dəstək, 15 iyul hərbi çevrilişə cəhddə ittiham olunan Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası məsələləri müzakirə ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər