2 Aprel 2017 19:19
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvanın Zəfər meydanı ərazisində, toplaşanların özlərinin "yeni müxalifətin" gəzintisi adlandırdıqları aksiyada polis 29 nəfəri saxlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Moskvanın Zəfər Meydanı ərazisində 29 nəfər ictimai asayişi pozduqlarına görə saxlanıb.

Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar rəsmi göstəricilərdən dəfələrlə çoxdur.

Yürüşün təşkilatçılarının dediklərinə görə, onlar 1-ci Tversko-Yamskaya küçəsi ilə Manej meydanına yürüməyə cəhd ediblər.

Yürüşün başlayacağı yerə əvvəlcədən iki polis avtofurqonu və avtomobili və həmçinin zirehli gödəkçə geyinmiş dəbilqəli polis zabitləri yığılıb.

Yürüşün keçirildiyi ərazidə olan polislər səsucaldanla yürüş iştirakçılarına digər vətəndaşların küçə ilə hərəkətinə mane olmamalarına dair xəbərdarlıq edirlər.

İştirakçılara həmçinin polis zabitlərinin əmrlərinə riayət etmədikləri halda inzibati tədbirlərin tətbiq ediləcəyi deyilib.

Polislər yürüş iştirakçılarının Tverskaya və Staropimenovskiy küçələrinin kəsişməsindəki səkiyə yollarını kəsiblər.

Bu arada, "Açıq Rusiya" hərəkatının lideri Mixail Xodorkovski öz tvitində Manej meydanında keçirilən 2 aprel aksiyasını "hakimiyyətin təxribatı" adlandırıb.

"Aydındır ki, naməlum təşkilatçıları və tələbləri olan Moskvanın 2 aprel aksiyası hakimiyyətin təxribatıdır. 2012-ci ildə olduğu kimi bu etirazlara ümumiyyətlə son qoymaq cəhdidir" - Xodorkovski yazır.

Bundan əvvəl korrupsiya ilə mubarizə fondunun rəhbəri Aleksey Navalnı aksiyanın təşkil edilməsi ilə əlaqəsinin olmadığını bəyan edib.

Cənab Navalnı martın 26-sında Zəfər meydanı yaxınlığında saxlanıb və hazırda inzibati xəta üzrə həbs cəzası çəkir.


Müəllif:

Oxşar xəbərlər