İngiltərənin “Times” qəzeti Sankt-Peterburq metrosunda baş vermiş terrorla bağlı analitik yazı dərc edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəzetin Moskva müxbiri Tom Parfittin yazısında terror hadisəsində İŞİD-in əli olduğuna dair şübhələrin gücləndiyi bildirilir.
Müəllifin fikrincə, bu versiya doğrularsa, Rusiyanın Suriyada İŞİD-ə qarşı savaşı ilə bağlı yeni suallar orataya çıxacaq. Məqalədə 2015-ci ilin sentyabrında Rusiyanın Suriyada hərbi əməliyyata başladığı vaxtdan iki ay sonra Misirdə 224 sərnişinin ölümü ilə nəticənən rus təyyarəsinin vurulması xatıraldılır.
Yazıda bildirilir ki, Rusiya təhlükəsizlik xidmətləri bu ölkə ərazisindən, o cümlədən Şimali Qafqazadan İŞİD-ə qoşulanların intiqam üçün geri dönəcəyindən ciddi əndişə keçirir.
MAHİR