Xəbər verdiyimiz kimi, Stokholmda sürücü idarə etdiyi yük avtomobilini insanların üzərinə sürüb.
İlkin məlumatlara görə, hadisə zamanı ən azı 3 nəfər həlak olub, çox sayda insan yaralanıb. Hadisənin səbəbləri məlum deyil.
Yüksək sürətlə hərəkət edən yük avtomobilinin küçədə hərəkət edən insanları əzdiyi, daha sonra mağazalardan birinin divarına dəyərək, dayandığı bildirilib.
Saat 17:26
İsveçin paytaxtı Stokholmda günorta saatlarında şok hadisə baş verib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, sürücü idarə etdiyi yük avtomobilini insanların üzərinə sürüb.
Hadisə zamanı çox sayda insanın öldüyü və xəsarət aldığı bildirilib. İnsidentin təfərrüatları açıqlanmır. Olayın terror aktı olması iddiası irəli sürülüb.
Samir