Türkiyənin İzmir şəhərində PKK terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyatda 31 nəfər həbs olunub.
Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanların evlərində 4 tüfəng, çoxlu sayda təşkilati sənəd, qadağan olunmuş nəşrlər ələ keçirilib.
Əməliyyat tədbirləri davam etdirilir.