Bu gün Misirdə qibtilərə məxsus iki kilsədə törədilən terror aktları nəticəsində ölənlərin sayı ən azı 43 nəfərə çatıb.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 27 nəfər Tante şəhərindəki kilsədə törədilən partlayış nəticəsində ölüb. Bundan əlavə, 16 nəfər, eləcədə də 3 polis İskəndəriyyə şəhərində törədilən terror aktı zamanı həyatını itirib.
Həmçinin bildirilir ki, 78 Tantedə, 40 nəfər İskəndəriyyədə yaralanıb.
İŞİD qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.