Suriya ordusuna məxsus Şayrat aviabazasının bombalanması əmri ABŞ prezidenti Donalt Trampın reytinginin qalxmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "CBS News" telekanalı məlumat yayıb.
"Gallup"un martda apardığı sorğuya əsasən, Trampın işindən 35 faiz əhali razı olub. Ancaq hazırda bu rəqəm 43 %-ə çatıb. Son sorğu 7-9 apreldə baş tutub. Sorğuda mindən çox respondent iştirak edib.
Samir