Rusiya prezidenti Vladimir Putin Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan edən və tanınmayan Cənubi Osetiyada dünən keçirilmiş “prezident seçkiləri”ndə qalib gələn Anatoli Bibilova təbrik məktubu ünvanlayıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, məktubda Vladimir Putin “iki ölkə arasında” ənənəvi dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb.
Rusiya prezidenti bu əlaqələrin “müttəfiqlik və inteqrasiya prinsipləri” əsasında inkişaf etdiyini qeyd edib.
Putin əlavə edib ki, Moskva bundan sonra da “respublika”nın sosial-iqtisadi inkişafı məsələlərinin həllinə kömək göstərəcək və Cənubi Osetiyanın “milli təhlükəsizliyi”ni təmin edəcək.