Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya hücumu və İraqda yeni əsrin başlaması ilə bağlı fikirlərini bölüşüb.
Teleqraf.com life.ru-ya istinadla xəbər verir ki, Putin fikirlərini İlya İlfa və Yevqeni Petrovun əsərlərindən sitat gətirərək ifadə edib: "Darıxdırıcıdı, qızlar".
O bildirib ki, oxşar mənzərəni 2003-cü ildə görüblər: "ABŞ 2003-cü ildə İraqda kimyəvi silah görüntülərini yayımladı və ora hücum etdi. İndi isə Suriyaya qarşı eyni addım atılır".
Qeyd edək ki, aprelin 4-də Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr İdlib şəhərində dinc sakinlərə qarşı kimyəvi silahlardan istifadə ediblər. Hadisə nəticəsində 150 nəfər həlak olub, 400 nəfər yaralanıb. Buna cavab olaraq, aprelin 7-də ABŞ prezidenti Donald Trampın əmri ilə Amerika ordusu Suriyada hökumət qüvvələrinə məxsus aviabazaya 59 raket atıb.
Samir