İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Amerikanın “Assoşeyted Press” agentliyinə müsahibəsində prezidentliyə namizədliyini irəli sürməsinin səbəbindən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əhmədinejad prezidentliyə namizədliyini öz komandasından olan digər namizəd Həmid Bəqayiyə dəstək vermək üçün irəli sürdüyünü bildirib: “Lakin mən Bəqayiyə dəstəyimin təfərrüatı haqda hələlik məlumat verə bilməyəcəyəm. Bu, şəraitdən, məkandan və zamandan asılıdır”.
Əhmədinejad seçkilərə qatılmayacağı barədə İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə verdiyi sözə sadiq qalıb-qalmadığı məsələsinə də toxunub: “Ölkədə vəziyyət və şərait artıq tamamilə dəyişib”.
Qeyd edək ki, Əhmədinejad aprelin 12-də Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib. İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.
Samir