Sankt-Peterburq metrosunda bombalı hücumun təşkilatçılarından biri sayılan şübhəli şəxs Moskva yaxınlığında saxlanılıb.
Teleqraf.com Ria.ru-ya istinadən xəbər verir ki,1990-cı il təvəllüdlü Abror Azimovun Mərkəzi Asiya əsilli olduğu və Moskvadan qərbdə yerləşən Odintsovo rayonunda saxlandığı deyilir.
O, 14 nəfərin ölümü və 50-dən çox insanın xəsarəti ilə nəticələn hücumla bağlı saxlanılan 9-cu şəxsdir.
Rəsmi məlumata görə hücumu 1995-ci il təvəllüdlü, Qırğızıstanda doğulmuş Rusiya vətəndaşı Akbarjon Cəlilov törədib.