18 Aprel 2017 23:14
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya sahillərində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər

Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər.

Miqrantlar aclıqdan və susuzluqdan ölüblər.

DİN rəsmisinin sözlərinə görə: "Qayığın mühərrikinin sıradan çıxması səbəbi ilə onalr dənizin ortasında qalıblar".

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsi ilə Avropaya düşmək istəyən qeyri-leqal miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Liviya sahillərində azı 650 miqrant həlak olub və ya itkin düşüb.
/Trend/


Müəllif:

Oxşar xəbərlər