Teleqraf.com xəbər verir ki, bu fikirlər Şimali Koreyanın “Rofinh Sinmun” rəsmi qəzetində çap edilən məqalədə əks olunub.
Məqalədə Şimali Koreyanın Amerika qitəsinə və Sakit Okean bölgəsinə çatacaq hidrogen bombasına sahib olduğu xüsusi vurğulanıb.
Qeyd edək ki, aprelin 23-də Sakit okeanda iki yapon gəmisi ilə birləşərək Filippin sahillərində manevrlərə başlayan “Karl Vinson” gəmisindən başqa Amerika Hərbi Dəniz Donanmasının digər gəmiləri də bu həftənin sonunda Cənub Koreya sahillərinə çatacaq.
Məqalədə Şimali Koreyanın Amerika qitəsinə və Asiya Sakit Okean bölgəsinə çatacaq hidrogen bombasına sahib olduğu xüsusi qeyd edilib.
Xatırladaq ki, az öncə ABŞ Prezidenti Tramp Şimali Koreya məsələsini Çin dövlət rəhbəri ilə müzakirə edib. Müşahidəçilər hesab edirlər ki, əgər Çin də Şimali Koreya məsələsində ABŞ-la birgə addımlamağa razılıq versə, bu, Şimali Koreyanın vəziyyətini bir qədər də çətinləşdirəcək.
Cavad