Teleqraf.com-un məlumatına görə, bu məlumat Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutunun (SIPRI) açıqladığı illik hesabatda əksini tapıb. Rusiya bununla ABŞ və Çindən sonra dünya üzrə üçüncü yerdə qərarlaşıb.
“Xərclərin artırılması Rusiya iqtisadiyyatının neft və qazın qiymətinin ucuzlaşması və 2014-cü ildən iqtisadi sanksiyalarla üzləşməsi ilə əlaqədar ciddi problemlər yaşaması ilə üst-üstə düşür”, - hesabatda qeyd olunur.
Bildirilir ki, Çinin hərbi xərcləri 2016-cı ildə 5,4 faiz artaraq 215 milyard dollara, ABŞ-ınkı isə 1,7 faiz artaraq 611 milyard dollara yüksəlib. Qərbi Avropa ölkələrinin müdafiə xərcləri isə 2,6 faiz artıb.
SIPRI qeyd edir ki, bu, terror təhlükəsinin artması ilə bağlıdır. Bu ölkələrin yarışmasında liderliyi İtaliya edib. Onun hərbi xərcləri 11 faiz artıb.
Səxavət