Bu barədə RF XİN-in İnformasiya və mətbuat departamentinin direktor müqavini Artyom Kojin KİV-in xarici siyasət idarəsinin erməni işğalçı rejimi tərəfindən saxlanılan Rusiya vətəndaşlarının taleyi məsələsində iştirakı ilə bağlı sualına cavabında deyib.
O qeyd edib: "Məlum olduğu kimi, Dağlıq Qarabağ zonası Rusiya vətəndaşlarının səfərdən çəkinməsinin tövsiyə edildiyi yerlər sırasındadır. Bununla belə, biz prinsip etibarilə, jurnalistlər və ayrı-ayrı vətəndaşlar tərəfindən bu və digər ərazilərə dinc səfərlərin cinayət törətmək qismində kriminallaşdırılmasının əleyhinəyik.
Dilqəm Əsgərova gəlincə, qeyd etmək lazımdır ki, o da bundan əvvəl Aleksandr Lapşin kimi RF XİN-in müvafiq tövsiyələtinə məhəl qoymadı". (Trend)