26 Aprel 2017 22:39
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Tacikistanda azı 10 aparıcı müstəntiq və korrupsiya ilə mübarizə idarəsinin əməkdaşı həbs edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya ilə mübarizə idarəsinin keçmiş sədr müavini Davlatbek Hairzoda da onların arasındadır.

O, hava limanında Rusiyaya getmək istəyərkən saxlanıb.

Adlarının çəkilməsini istəməyən rəsmilərin sözlərinə görə, onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirlər.

Parlamentin aşağı palatasının sədri Shukurjon Zuhurov aprelin 26-da parlamentin sesiyasında deyib ki, görünür əslində korrupsiya ilə mübarizə aparmalı olan məmurların çoxu korrupsiyaya qurşanıblar.

Amma həbslər barədə hələlik rəsmi məlumat yoxdur.

Korrupsiya ilə mübarizə idarəsinin rəisi Sulaimon Sultanzoda bu barədə AzadlıqRadiosuna şərh verməkdən imtina edib və bunun məxfi məsələ olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər