Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Rusiya əleyhinə fikirləri ilə tanınan Matseyçuk bu dəfə "Polit Russia" nəşrinin baş redaktoru Ruslan Ostaşko ilə davalaşıb.
İnsident aprelin 26-da "Görüş yeri" tok-şousunun çəkilişləri zamanı baş verib. Buna səbəb qonaqlardan birinin alman faşizmi ilə sovet kommunuzmini eyniləşdirməsi olub.
Mübahisəyə "Polit Russia" nəşrinin baş redaktoru Ruslan Ostaşkoda qoşulub. O, deyib ki, əgər kimsə bir daha onun babalarını alman faşistlərinə bənzədəcəksə, döyüləcək. Bu hədəni ciddi almayan Tomaş Matseyçuk Ostaşkoya xitabən, "sizin babalarınız qırmızı faşistlərdir" deyib.
Bunu özünə təhqir sayan Rusiyalı jurnalist Matseyçuka tərəf qaçaraq onun sağ üzünə güclü yumruq ilişdirib. Borclu qalmayan polyak da öz növbəsində ona bir neçə zərbə vurmağa çalışıb.
Olaya müdaxilə edən mühafizəçilər əlbəyaxa olan jurnalistləri ayırıb.
Qeyd edək ki, ötən ilin noyabrında Matseyçuk başqa bir tok-şouda "Rusiya Rumıniyadan fərqli olaraq nəcis içində yaşayır" sözlərinə görə döyülmüşdü. Gözündən zərbə alan jurnalistə sonradan bu insidentə görə telekanal 50 min rubl kompensasiya ödəmişdi.
Samir